Misirdə gecə saat 03:00 radələrində 5,3 bal gücündə zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanlar Əl-İsmailiyyə şəhərində qeydə alınıb. Zəlzələnin ocağı yerin 5,47 kilometr dərinliyində yerləşib.
Hadisə nəticəsində itki və ya dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.