"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib.
Manset.az xəbər verir ki, Bakı klubu III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"u mübarizədən kənarlaşdıracağı təqdirdə "Hapoel" (İsrail, Beer-Şeva) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.