Metro stansiyalarında sıxlıq qarışıqlığa səbəb oldu - VİDEO

19:29 - 07 İyun 2022

Metro stansiyalarında sıxlıq qarışıqlığa səbəb oldu - VİDEO

“Bakı Metropoliteni”  stansiyalarında sıxlıq müşahidə olunur.

Manşet.az oxu.az-a istinadən xəbər verir ki, bir sıra metrostansiyalarda yaranan sərnişin çoxluğu onların hərəkətinə mane olub.

Eləcə də, axşam saatlarında “Sahil”  metrosunda eskalatorların fəaliyyəti dayanıb, bu da stansiyada qarışıqlığa səbəb olub.

Sahil metrosunda eskalatorların işləməməsi ilə bağlı iddialara cavan olaraq "Bakı Metropoliteni" QSC-nin mətbauat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, yaranan problem texniki səbəbdən baş verməyib:

"Sözügedən stansiyada  sərnişin müdaxiləsi səbəbilə eskalatorun fəaliyyəti dayanıb. Qısa zamanda eskalator fəaliyyəti bərpa edilib. Hazırda heç bir problem yoxdur".

Həmin görüntüləri təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az