Füzuli rayonunun Seyid Əhmədli və Molla Məhərrəmli kəndləri ərazisində açıq sahədə güclü yanğın başlayıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Füzuli və Cəbrayıl rayonlarından yanğınsöndürən qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir. Yanğının başvermə səbəbi və dəymiş ziyanın həcmi hələlik məlum deyil.