logo
logo logo
logo

Abşeronda yanacaqdoldurma məntəqəsində güclü yanğın - VİDEO

09:12 - 05 Avqust 2026

Abşeronda yanacaqdoldurma məntəqəsində güclü yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.


Manset.az bununla bağlı FHN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən bir dam altında tikilmiş ümumi sahəsi 260 kvadratmetr olan 8 boksdan ibarət avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazası kimi fəaliyyət göstərən obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək digər bokslara yayılmasına, habelə yanacaqdoldurma məntəqəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində iki boksun yanar konstruksiyaları 60 kvadratmetr sahədə və dam örtüyünün taxta atmaları 260 kvadratmetr sahədə yanıb.

Xəsarət alan olmayıb.

Digər obyektlər və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az