Sabaha olan hava PROQNOZU

12:40 - 08 İyun 2022

Sabaha olan hava PROQNOZU

Azərbaycanda iyunun 9-da gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti olacaq.

Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az