Bağçada uşağın saçını yolan aşpaz CƏZALANDIRILDI - YENİLƏNDİ (VİDEO)

14:26 - 08 İyun 2022

Bağçada uşağın saçını yolan aşpaz CƏZALANDIRILDI - YENİLƏNDİ (VİDEO)

Dağlıq Şirvan Regional Təhsil İdarəsi Şamaxıda uşaq bağçasında azyaşlıya zorakılıq göstərilməsi məsələsinə münasibət bildirib.

 

Manset.az xəbər verir ki, idarənin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Anar Osmanov məsələ ilə bağlı APA-ya açıqlamasında deyib ki, hadisə iyunun 2-də baş verib:

“Bağça rəhbərliyi məsələ ilə bağlı tədbir görüb. Aşpaz Sevinc Balkiyeva barəsində intizam tənbeh tədbiri görülüb. Hazırda isə Dağlıq Şirvan Regional Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparır. Araşdırma başa çatdıqdan sonra ətraflı məlumat veriləcək”.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

 

**08:00

Bağçada müəllimin şənlik zamanı uşağın saçını dartması müzakirələrə səbəb olub.

 

Manset.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkəyə yerləşdirilib.

Müəllimin azyaşlıya qarşı bu rəftarı istifadəçilərin etirazı ilə qarşılanıb. 

Həmin görüntüləri təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az