Dövlət Agentliyi özünü qazi kimi təqdim edən şəxsi İFŞA ETDİ - FOTO

19:27 - 08 İyun 2022

Dövlət Agentliyi özünü qazi kimi təqdim edən şəxsi İFŞA ETDİ - FOTO

“Sosial şəbəkədə özünü qazi kimi təqdim edən, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 16, mənzil 7 ünvanında yaşayan Hümbətov Dayandur Elçin oğlu Vətən müharibəsində iştirak etməyib”.

Manşet.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin Strateji əlaqələr departamentinin direktoru Mayis Musayev bildirib.

O deyib ki, saxtakarlığa yol verərək ictimaiyyətə özünü müharibə iştirakçısı kimi təqdim etməklə diqqəti öz çıxışına yönəltmək və bununla da qazi kimi şərəfli adı ləkələmək cəhdləri yolverilməzdir:

“Dayandur Hümbətov dəfələrlə Dövlət Məşğulluq Agentliyinin İmişli rayon xidmət şöbəsinə yaxınlaşaraq, qeyri-etik formada, vətəndaş qəbulu qaydalarını pozaraq müraciət edib. Əsas istəyi ictimai işlər proqramına qoşulmaq, sosial işçi kimi işlə təmin olunmaq olub. Ona işlə təmin olunmaq üçün qeydiyyatda olduğu və vakansiya yarandığı halda işlə təmin olunacağı bildirilib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az