Moskva məhkəməsi Rövşən Əsgərovun şikayətini təmin etmədi

23:21 - 08 İyun 2022

Moskva məhkəməsi Rövşən Əsgərovun şikayətini təmin etmədi

Moskva Şəhər Məhkəməsi “Nə? Harada? Nə vaxt?” oyununun iştirakçısı Rövşən Əsgərov barəsində qiyabi həbs qərarını qüvvədə saxlayıb. 

Manşet.az xəbər verir ki, məhkəmə R.Əsgərovun aöellyasiya şikayətini təmin etməyib. 

Qeyd edək ki, Əsgərov nasizmi reabilitasiya etməkdə ittiham olunur. Aprelin sonunda ona qarşı cinayət işi qaldırılıb. İstintaqın məlumatına görə, telejurnalist sosial şəbəkədə SSRİ marşalı Georgi Jukovun xatirəsini ləkələyən yalan məlumat yayıb.

Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi onu axtarışa vermişdi. Bununla bağlı açıqlama verən Əsgərov uzun müddət Rusiyada yaşamadığını və ekstradisiyadan qorxmadığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az