Azərbaycanın ictimaiyyətinə AĞIR İTKİ: Bu məşhur şəxs vəfat etdi

10:53 - 09 İyun 2022

Azərbaycanın ictimaiyyətinə AĞIR İTKİ: Bu məşhur şəxs vəfat etdi

Azərbaycanın Əməkdar həkimi vəfat edib.

 

Manset.az “report”a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Nizami rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini İradə Şixzamanova dünyasını dəyişib.

Mərkəzdən verilən məlumata görə, direktor müavini uzun sürən xəstəlikdən sonra ötən gün evində 65 yaşında vəfat edib.

O, 1993-cü ildən həmin mərkəzdə fəaliyyət göstərib. 2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə Əməkdar həkim fəxri adına layiq görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az