Sosial şəbəkələrlə bağlı rəsmi xəbərdarlıq - 1000 avro tələb edilir

11:36 - 11 İyun 2022

Sosial şəbəkələrlə bağlı rəsmi xəbərdarlıq - 1000 avro tələb edilir

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdəki şantaj halları ilə bağlı xəbərdarlıq edib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Manset.az-a bildirib ki, sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları var: "Bununla bağlı artıq bir neçə şəxs müraciət edib. Sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik.

Danışıq, foto və videogörüntülər qeydə alınmaqla, dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin 500-1000 avro tələb olunur".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az