Dünyada nə qədər uşaq işçi var? - STATİSTİKA

15:14 - 11 İyun 2022

Dünyada nə qədər uşaq işçi var? - STATİSTİKA
Dünyada hər 10 uşaqdan biri uşaq işçisi kimi məcburi əməyə cəlb edilir. İnkişaf etməmiş ölkələrdə bu rəqəm hər beş uşaqdan birinə yüksəlir.

 
Manset.az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hesabatında qeyd edilib.
Hesabatda son illərdə işçi kimi işləyən uşaqların sayının 160 milyona çatdığı vurğulanıb. Bildirilib ki, hökumətlər səviyyəsində lazımi tədbirlər görülməsə, uşaq işçilərin sayı daha 9 milyon nəfər artaraq 169 milyon nəfərə çata bilər.

Hesabata görə, uşaq işçilərin 70 faizi kənd təsərrüfatında (112 milyon), 20 faizi xidmətlərdə (31,4 milyon) və 10 faizi (16,5 milyon) sənayedə çalışır. Uşaq əməyinin nisbəti kənd yerlərində yüzdə 14 olduğu halda, şəhərlərdə bu nisbət yüzdə 5 ətrafındadır.

5-11 yaşlı uşaq işçilərinin 28 faizi, 12-14 yaşlı uşaqların isə 35 faizi məktəbdən kənardadır. Uşaq işçilərinin 72 faizi ailələri ilə işləyir.

Hesabata görə, dünyada 5-17 yaş arası 79 milyon uşaq təhlükəli işlərdə çalışır.

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az