Sahil Babayevə AĞIR İTKİ (FOTO)

17:13 - 11 İyun 2022

Sahil Babayevə AĞIR İTKİ (FOTO)

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə ağır itki üz verib.
 

Manset.az Modern.az-a istinadla xəbər verir ki, nazirin əmisi Tofiq Babayev bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Tofiq Babayev yaradıcılıqla məşğul idi. O, Tofiq Xəzər imzası ilə çıxış edirdi. Mərhum "Bərdədən görünən dünya" adlı 16 cildlik roman-epopeyanın müəllifidir.

Tofiq Babayev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdcüsü idi. Bununla yanaşı, mərhum T.Babayev həm də kommersiya sahəsində fəaliyyət göstərirdi.

Allah rəhmət eləsin.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az