"Meymunçiçəyi virusunun aşkarlanması çətinləşdi"- ABŞ mütəxəssisləri

18:14 - 11 İyun 2022

\"Meymunçiçəyi virusunun aşkarlanması çətinləşdi\"- ABŞ mütəxəssisləri

ABŞ-ın səhiyyə mütəxəssisləri bildiriblər ki, son zamanlar aşkar edilmiş meymunçiçəyi yoluxmalarında konkret əlamətlər müşahidə olunmur, bu da xəstəliyin diaqnozunu çətinləşdirir.

Manşet.az sfera.az-a istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin səlahiyyətliləri xəstəliyin yayılmasının qarşısını almaq üçün yoluxmanı aşkar edə bilməyin vacib olduğunu söyləyib.

Sözügedən mərkəzin direktoru R.Valenski əlamətlərin dəyişə bildiyini deyib: "Yoluxan şəxslərdə xəstəliyin endemik olduğu Afrika ölkələrindən fərqli olaraq daha yumşaq və bədənin məhdud bölgələrində özünü göstərən simptomlar görmüşdük.
 

İndiki yoluxma hallarında qızdırma, bədən ağrıları və dəri səpgiləri isə xəstəliyin xarakterik əlamətlərini göstərmir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az