Universitetdə ilanla bağlı elan müzakirələrə səbəb oldu - Fotolar

18:38 - 11 İyun 2022

Universitetdə ilanla bağlı elan müzakirələrə səbəb oldu - Fotolar

Bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan Mühəndislik Universitetinin həyətində ilanların olması ilə bağlı məlumat paylaşılır. Bu gün isə ali təhsil ocağının həyətində yerləşən ağaca yapışdırılan elan diqqət çəkib. Elanda ilan şəkli yer alıb və “Ehtiyatlı olun” deyə xəbərdarlıq edilib.

Manşet.az xəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo”ya məlumat verən universitetin mətbuat katibi Elman Babayev bildirib:

“Universitet rəhbərliyi aiddiyyəti üzrə Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edib. Bu gün universitetin bütün ərazisi dərmanlanıb, ilanlara qarşı tədbir görülüb”  

Ağaca yapışdırılmış elanla bağlı E. Babayev qeyd edib ki, dərmanlanma işi aparıldığı üçün universitet bağlı olub:

“Şəklin kim tərəfindən yapışdırıldığından xəbərim yoxdur”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az