MN rəhbərliyi Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR/VİDEO

18:17 - 26 İyun 2022

MN rəhbərliyi Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR/VİDEO

Silahlı Qüvvələr Günü münasibətilə iyunun 26-da müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

 

Müdafiə Nazirliyindən Manşet.az-a verilən məlumata görə, Nazirliyin rəhbərliyi İkinci Şəhidlər xiyabanına gələrək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub.

Ziyarət vaxtı general-polkovnik Kərim Vəliyev şəhidlərin ailə üzvləri və yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıb, müraciətlərini dinləyib və  aidiyyəti üzrə müvafiq göstərişlər verib.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az