logo
logo logo
logo

Xəstəxanada "Əzrayıl" şoku - Dama çıxıb insanları qorxutdu

15:23 - 06 Avqust 2026

Xəstəxanada \"Əzrayıl\" şoku - Dama çıxıb insanları qorxutdu

Uelsdə "Əzrayıl" qiyafəsinə bürünən bir şəxs xəstəxananın damına çıxaraq ətrafdakı insanlara təşviş dolu anlar yaşadıb. Əlində oraqa bənzər uzun əşya tutan 26 yaşlı Leon Gillespi xəstələri, həkimləri və ziyarətçiləri izləyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Uelsin Denbiqşir bölgəsində yerləşən Qlan Kluid Xəstəxanasında baş verib.

Məlumata görə, xəstəxananın giriş hissəsinə nəzarət edən damın üzərində qara kapuşonlu geyimdə naməlum şəxsin görünməsi barədə məlumat daxil olduqdan sonra hadisə yerinə Şimali Uels Polisi, eləcə də Şimali Uels Yanğın və Xilasetmə Xidməti cəlb edilib.

Qara kapüşonlu geyimdə damın üzərində görünən Leon Gillespinin əlində uzun bıçağı xatırladan, əslində isə oraqa bənzər əşya olduğu bildirilib. Onun aşağıda olan həkimləri, xəstələri və ziyarətçiləri izlədiyi qeyd edilib.

Şahidlərin sözlərinə görə, Gillespi təxminən 50 dəqiqə damın üzərində qalıb, vaxtaşırı qəribə səslər çıxarıb və ətrafdakı insanların diqqətini cəlb edib.

Hadisə zamanı xəstəxananın ətrafında dörd polis avtomobili və bir yanğınsöndürmə maşını növbə çəkib.

Polis əməkdaşları tərəfindən saxlanılan Leon Gillespi ictimai asayişi pozmaqda təqsirli bilinib və məhkəmənin qərarı ilə cərimə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az