2022-ci ilin 28 iyun tarixində Təhsil naziri Emin Əmrullayev Mingəçevir Dövlət Universitetində tələbələr, məzunlar və universitetin akademik və inzibati heyət üzvləri ilə görüşüb.
MDU-dan Manşet.az-a verilən məlumata görə, giriş sözü ilə çıxış edən rektor Şahin Bayramov təhsil nazirinin iştirakından məmnunluğunu ifadə edib.
Sonra bütün iştirakçıları salamlayan Emin Əmrullayev tələbələrin peşə və əmək fəaliyyətininin inkişafı baxımından işgaldan azad edilmiş torpaqlarda tikilməkdə olan təhsil ocaqlarının önəmini vurğulayıb.
Təhsilin inkişafı istiqamətində görülən tədbirlərin önəmini vurğulayan nazir qeyd edib ki, həmişə hər kəsi məmnun edəcək qərarlar vermək mümkün deyil.