Şagirdlərə dini mahnı oxudan müəllimə və məktəb direktoruna töhmət verildi - VİDEO

20:33 - 28 İyun 2022

Şagirdlərə dini mahnı oxudan müəllimə və məktəb direktoruna töhmət verildi - VİDEO

Mərkəzi Aran Regional Təhsil İdarəsi onlayn və sosial mediada şagirdlərə dini mahnının oxudulmasına dair yayımlanan məlumatla bağlı açıqlama yayıb.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib.

Qeyd edilib ki, məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb:

"Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib".

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az