Əhalinin NƏZƏRİNƏ: Bakı metrosunda qatarların hərəkətində nasazlıq yarandı

19:53 - 29 İyun 2022

Əhalinin NƏZƏRİNƏ: Bakı metrosunda qatarların hərəkətində nasazlıq yarandı

"İçərişəhər-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının işarəvermə sistemi işə düşüb.

Manşet.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Maşinist təlimat tələbinə uyğun olaraq, sərnişinləri "Sahil" stansiyasında düşürüb və yoluna davam edib.

Qatarda hər hansısa problem müşahidə olunmasa da, təkrar yoxlama üçün qatar xətdən çıxarılıb. Əvəzinə qatar verilib.

Bu səbəbdən "Nəriman Nərimanov-Həzi Aslanov" istiqamətində bir marşrut üzrə intervaldan əlavə 2 dəqiqə fərq yaranıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az