Bakıda iki körpənin öldüyü dəhşətli yanğında xəsarət alan ailə üzvlərinin SON VƏZİYYƏTİ

18:14 - 30 İyun 2022

Bakıda iki körpənin öldüyü dəhşətli yanğında xəsarət alan ailə üzvlərinin SON VƏZİYYƏTİ

Xəbər verdiyimiz kimi, ötən gün Sabunçu rayonunda evin yanması nəticəsində bir ailənin iki körpəsi dünyasını dəyişib.

Manşet.az lent.az-a istinadən xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə,  hazırda ailənin digər üzvlərinin də vəziyyəti ağırdır:

“Vəziyyətləri ağır olaraq qalır. Beş nəfərin reanimasiya şöbəsində müalicələri davam etdirilir”.

Qeyd edək ki, baş verən yanğın zamanı evdə ümumilikdə 7 nəfər olub. Onlardan 2 körpə vəfat edib. İkisi uşaq olmaqla daha 5 nəfər isə yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az