Biləsuvarda uşaq bağçasında bədbəxt hadisə iddiaları ilə bağlı Regional Təhsil İdarəsindən AÇIQLAMA

19:50 - 30 İyun 2022

Biləsuvarda uşaq bağçasında bədbəxt hadisə iddiaları ilə bağlı Regional Təhsil İdarəsindən AÇIQLAMA

Biləsuvarda uşaq bağçasında bədbəxt hadisə baş verib.

Manşet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə redaksiyamıza daxil olan məlumatda qeyd olunub. 

Vətəndaş iddia edir ki, rayonun Əliabad kənd uşaq bağçasında nəzarətsiz qalan 4 yaşlı İbrahimov Mircihad Samir oğlunun üzərinə şkaf aşıb. Uşaq aldığı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Şirvan-Salyan Regional Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, məsələ raşdırılır. İctimaiyyətə ətraflı məlumat veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az