Azərbaycanda üç mindən artıq şəxsə elektron nəzarət vasitələri tətbiq OLUNDU

21:28 - 30 İyun 2022

Azərbaycanda üç mindən artıq şəxsə elektron nəzarət vasitələri tətbiq OLUNDU

Bu il azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər görülüb. Hazırda 3200-ə yaxın şəxsə elektron nəzarət vasitələri tətbiq olunub.

Manşet.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.

Kollegiyada cari ildə cəmiyyətin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni penitensiar müəssisələrin istifadəyə verildiyi, habelə cəzaların icrasının səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlərin görüldüyü qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az