Azərbaycanda oğul atasının fermasını yandırdı

13:48 - 18 İyul 2022

Azərbaycanda oğul atasının fermasını yandırdı

İyulun 17-də saat 19 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindəki fermaların birində yanğın baş verib, nəticədə fermanın yanar konstruksiyaları və orada olan 12.000 ədəd ot bağlaması yanıb.

 

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini P.Əliyevin atasına məxsus fermanı qəsdən yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən P.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az