İctimai Televiziyanın xəbər aparıcısı Nərmin Salmanova evlənir.
Manset.az OLAY-a istinadən xəbər verir ki, sənətçi bu barədə özü məlumat verib.
Nərmin üzüklə video paylaşaraq evlilik təklifinə "hə" dediyini söyləyib.
Qeyd edək ki, N.Salmanova bu il "Avroviziya"da səsləri elan edəcəkdi, ancaq yarışmadan qaynaqlanan səbəblərdən onun çıxışı mümkün olmamışdı.