Astarada qaziyə zibil daşımağı təklif etdilər – VİDEO

21:30 - 27 İyul 2022

Astarada qaziyə zibil daşımağı təklif etdilər – VİDEO

“Astara Rayon İcra Hakimiyyəti qazilərin şikayətinə baxmır”.

Manşet.az xəbər verir ki, bu sözləri Vətən Müharibəsi qazisi Məlik Məlikov Baku TV-ə müsahibəsi zamanı deyib.
O bildirib ki, müharibəyə getdiyini anasından gizlədib. 

“Müharibədən sonra müalicələrim davam edir. Ev məsələmə görə dəfələrlə icra hakimiyyətinə müraciət etmişəm, iş istəmişəm. Mənə zibil daşımağı təklif etdilər. Bunu özümə ayıb bilmirəm, amma 250 manat maaş mənə necə bəs etsin?”, – deyə o qeyd edib. 

Qazi dəfələrlə Astara rayon icra başçısının qəbuluna getsə də ona icra başçısının məzuniyyətdə olduğunu, gah da yerində olmadığını deyərək qəbul etməyiblər. 

Məlik Məlikov bildirib ki, ona məxsus torpaq sahəsi də əlindən alınıb.

Daha ətraflı Baku TV-nin süjetində: 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az