logo
logo logo
logo

Zelenski ilk dəfə Serbiyaya səfər etdi

20:52 - 07 Avqust 2026

Zelenski ilk dəfə Serbiyaya səfər etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə Serbiyaya səfər edib və orada ölkə Prezidenti Aleksandar Vuçiçlə danışıqlar aparacaq.


Manset.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə yazıb.

Ukrayna lideri vurğulayıb ki, bu gün və sabah Belqradda Vuçiç və Serbiyanın Baş naziri Curo Matsutla mühüm danışıqlar planlaşdırılıb.

"Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, Avropa İttifaqı ilə münasibətlər və xalqlarımız üçün faydalı ola biləcək digər məsələlər, eləcə də təhlükəsizlik məsələləri barədə danışacağıq", - prezident qeyd edib.

Zelenski həmçinin əlavə edib ki, Ukrayna konstruktiv, qarşılıqlı faydalı və qarşılıqlı hörmət əsasında işləməyə hədəflənib.

Bu səfər Zelenskinin Rusiya-Ukrayna müharibəsi dövründə və ümumilikdə prezidentlik vəzifəsində olduğu müddətdə Serbiyaya ilk səfəri olub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az