logo
logo logo
logo

Kanalda çimən yeniyetmə boğuldu

19:17 - 07 Avqust 2026

Kanalda çimən yeniyetmə boğuldu

Beyləqanda daha bir nəfər kanalda çimərkən boğulub.


Manset.az Report-a istinadən xəbər verir ki, rayonun Gödəklər kənd sakini, 15 yaşlı Murad Ramil oğlu Əmrahlı həmyaşıdları ilə rayonun Bünyatlı kəndi ərazisində çimərkən su kanalında batıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, batan şəxsin meyiti sakinlərin köməyi ilə sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün səhər Beyləqan rayonu ərazisindən keçən kanalda bir nəfər batmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az