SON DƏQİQƏ: Pensiyalar bu tarixdə artırılacaq - Məbləğ/RƏSMİ AÇIQLAMA

16:05 - 28 İyul 2022

SON DƏQİQƏ: Pensiyalar bu tarixdə artırılacaq - Məbləğ/RƏSMİ AÇIQLAMA

"2026-cı ilə qədər Azərbaycanda pensiyaların artırılması prioritet məsələlərdən biridir. 2022-ci ildəki orta aylıq əmək haqqındakı faiz dərəcəsinə uyğun olaraq, 2023-cü ilin yanvar ayında pensiya məbləğlərinin indeksiyası həyata keçiriləcək və pensiya məbləğlərində artım müşahidə olunacaq. Bu artımlar növbəti illərdə də davam edəcək”.

 

Manset.az publika.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib. Deputat "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda göstərilən məsələ ilə bağlı müddəaları şərh edib.

Onun sözlərinə görə, sənəddə nəzərdə tutulan istiqamətlərdən biri də əhalinin sosial təminatının daha da gücləndirilməsi ilə bağlıdır: "Sosial sahə Strategiyada xüsusi olaraq diqqətdə saxlanılır. Buna uyğun olaraq, pensiya və əmək haqlarında artımın dövlət tərəfindən dəstəklənməsi, o cümlədən dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitlərin həcminin artırılması proqnozlaşdırılır.

Ümumiyyətlə, hesab edirəm ki, qeyri-neft sektorunun güclənməsi və ixrac imkanlarının artırılması ölkəyə daha çox valyutanın daxil olmasına imkan verəcək. Bu da nəticə etibarilə sosial təminat üçün yeni maliyə bazasını formalaşdırır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az