Evindən 7 kq narkotik çıxdı - FOTO

17:03 - 28 İyul 2022

Evindən 7 kq narkotik çıxdı - FOTO

Ağcabədi sakinindən 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.

 

DİN-in Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini Taleh Əliyev saxlanılıb.

İlkin olaraq onun üzərinə baxış keçirilərkən marixuana aşkar edilib. Daha sonra onun yaşadığı ünvana baxış zamanı 7 kiloqram 300 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az