Vilayət Eyvazovdan yeni TƏYİNAT

18:06 - 28 İyul 2022

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Manset.az "APA"ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı Şahin Şıxəliyev vəzifəsindən azad olunaraq Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, həmin bölmənin sabiq rəisi, polis mayoru Qubad Qasımov bir müddət əvvəl yol qəzasında həlak olub.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az