UEFA “Fənərbağça” azarkeşlərinin davranışı ilə bağlı araşdırmaya BAŞLADI

19:37 - 28 İyul 2022

UEFA “Fənərbağça” azarkeşlərinin davranışı ilə bağlı araşdırmaya BAŞLADI

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının II təsnifat mərhələsinin “Fənərbağça” – “Dinamo” (Kiyev) matçında türk azarkeşlərin davranışı ilə bağlı intizam araşdırmasına başlayıb.

Manset.az xəbər verir ki, bu barədə cümə axşamı UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Çərşənbə günü İstanbulda baş tutan görüş əlavə vaxtda 2:1 hesabı ilə Kiyev komandasının xeyrinə başa çatıb. Ukrayna komandasının vurduğu ilk qoldan sonra türk azarkeşlər Rusiya prezidenti Vladimir Putinin adını səsləndirməyə başlayıblar.

Qeyd edək ki, ilk görüş 0:0 hesabı ilə başa çatdığından, “Dinamo” üçüncü təsnifat mərhələsinə yüksəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az