Meymunçiçəyinin əlamətləri hansılardır? - TƏBİB məlumat yaydı

10:03 - 04 Avqust 2022

Meymunçiçəyinin əlamətləri hansılardır? - TƏBİB məlumat yaydı

Dünyanın bir çox ölkəsində yayılmış meymunçiçəyi xəstəliyinin əsas əlamətləri açıqlanıb.

 

Manset.az TƏBİB-ə istinadən xəbər verir ki, bu əlamətlərə baş ağrıları, bədənin hər hansısa hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları ilə özünü biruzə verə bilər.

Meymunçiçəyi xəstəliyinə yoluxduğunu düşünənlərə həkimlə əlaqə saxlamaq tövsiyə olunur: “Daha sonra həkim tövsiyəsinə uyğun olaraq meymunçiçəyi ilə bağlı test verin. Meymunçiçəyindən qorunmaq üçün əllərinizi tez-tez sabun ilə yuyun, dezinfeksiyaedici vasitələrdən istifadə edin. Xəstəliyin simptomlarını hiss etdiyiniz insanlarla ünsiyyətdən çəkinin, onlarla aranızda fiziki məsafə saxlayın”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az