İtaliyada azyaşlı azərbaycanlı xilas edildi

12:18 - 21 Avqust 2022

İtaliyada azyaşlı azərbaycanlı xilas edildi

İtaliyada azyaşlı azərbaycanlı miqrant xilas edilib.

 

Manset.az Report-a istinadla xəbər verir ki, məlumata görə, hadisə Salento şəhəri sahillərində baş verib.

Qeyd edilir ki, gecə saatlarında Salento kommunası sahillərində, Santa-Mariya-di-Leuka limanında 59 miqrantın olduğu kiçik gəmi aşkarlanıb. Onların xilas edilməsi ilə üçün yerli sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən əməliyyat başlayıb.

Miqrantlar arasında 44 kişi və 8 qadın, o cümlədən Azərbaycan, Suriya, Fələstin, İran və İraqdan olan yeddi azyaşlı var.

Miqrantlar ilk yoxlamalardan sonra identifikasiya prosedurlarından keçəcəklər.

Hazırda qaçaqmalçıların müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az