Tehranda mitinq ərazisində PARTLAYIŞ

14:02 - 13 Mart 2026

Tehranda mitinq ərazisində PARTLAYIŞ

İranın paytaxtı Tehranda keçirilən "Qüds Günü" yürüşü zamanı mitinq yerinə yaxın bir ərazidə partlayış baş verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrail İranın paytaxtı Tehran mərkəzində keçirilən "Qüds Günü" yürüşünün başladığı ərazini əhatə edən üç bölgənin boşaldılacağı təhdidi ilə hücum edəcəyini açıqlayıb.

Bu açıqlamadan qısa bir müddət sonra, mitinq sahəsinə yaxın bir yerdə partlayış baş verib. O anlar kameraya yansıyıb.

İsrail ordusunun Fars dilindəki rəsmi hesabından edilən paylaşımda, Tehrandakı bəzi bölgələrin qırmızı ilə işarələndiyi üç xəritə paylaşılıb. Ordunun paylaşdığı xəritələrdə, Çaharrah-ı Veliasr (Şəhər Teatr Meydanı), Meydan-ı Tovhid və Villalar bölgələrində işarələnmiş nöqtələrin dərhal boşaldılması tələb edilib və qısa müddət ərzində bu ərazilərə hücum ediləcəyi təhdidi vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az