ƏHALİNİN DİQQƏTİNƏ: Bakının bir hissəsində qaz olmayacaq

22:54 - 22 Avqust 2022

ƏHALİNİN DİQQƏTİNƏ: Bakının bir hissəsində qaz olmayacaq

23.08.2022-ci il tarixdə Nizami rayonu ərazisində SOCAR "Azəriqaz" İB-nin Təmir Tikinti İdarəsi tərəfindən 570 metr məsafədə çəkilmiş yeni PE-315 mm qaz kəmərinin şəbəkəyə qoşulması işləri aparılacaq.

Manset.az xəbər verir ki, bununla əlaqədar olaraq saat 10:00-dan 18:00-dək  Nizami rayonunun müəyyən ərazilərində (Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayılov, Məmmədov küçələri, Qara Qarayev və Babək prospektlərinin bir hissəsində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Görülən işlər Nizami rayonu üzrə 10000-dən artıq əhali abonentinin, qeyri-əhali istehlakçılarının, o cümlədən kommunal istiliktəchizatı müəssisələrinin qaz təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq. 

Müvəqqəti narahatlığa görə üzr istəyirik.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az