Nazirdən məktəbli formaları ilə bağlı - AÇIQLAMA

12:12 - 23 Avqust 2022

Nazirdən məktəbli formaları ilə bağlı - AÇIQLAMA

“Biz məktəbli formasının rəngini, elementlərini müəyyən edirik, formasını tənzimləyirik. Əgər forma bahadırsa, bu, bazar münasibətləridir, istehlakçıların hüquqlarının müdafiəsi mövzusudur, elm və təhsil mövzusu deyil”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, belə hallar varsa, yaxşı deyil. Nazir, həmçinin təsdiqlənmiş məktəbli formasında bəzi məktəb direktorlarının şalvarın üzərindən xətt çəkərək valideynlərə göndərməsi ilə bağlı yayılan məlumata da münasibət bildirib. O qeyd edib ki, belə konkret şikayətlər varsa, məktəbin nömrəsi, hansı direktor edibsə, bununla bağlı müraciət olunsun və araşdırılsın.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az