Bakıda bu avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək

18:26 - 25 Avqust 2022

Bakıda bu avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək

Sabah Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində kanalizasiya kollektorunun inşası ilə əlaqədar tikinti-quraşdırma işləri həyata keçiriləcək.

Manset.az xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, bu səbədən nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək müvəqqəti məhdudiyyətlərə uyğun olaraq 173A və 179 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək K.Kərimov küçəsi (Pirşağı qəs.) , Dənizkənarı yol  (Pirşağı qəs.) və M.Mirqasımov küçəsi (Pirşağı qəs.) ilə fəaliyyətləri təşkil ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az