logo
logo logo
logo

İstirahət zonalarında polisin fasiləsiz xidməti

15:52 - 09 Avqust 2026

İstirahət zonalarında polisin fasiləsiz xidməti

İsti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, su hövzələrinə və digər istirahət məkanlarına kütləvi axını nəzərə alınaraq polis əməkdaşlarının həmin ərazilərdə fasiləsiz xidməti davam etdirilir.


Manset.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. 

Paytaxt Bakı ilə yanaşı respublikanın bütün turizm zonalarında asayişin və təhlükəsizliyin təmin olunması, eləcə də nəqliyyatın hərəkətinin davamlılığı məqsədilə naryad qrupları ərazilərə təhkim olunub.

Polis əməkdaşları ictimai asayişin qorunması ilə yanaşı, vətəndaşların təhlükəsiz istirahətinin təmin edilməsi, mümkün xoşagəlməz halların qarşısının alınması və zərurət yarandıqda operativ müdaxilənin həyata keçirilməsi istiqamətində gücləndirilmiş rejimdə xidmət aparırlar.

Vətəndaşlardan istirahət zamanı təhlükəsizlik qaydalarına, xüsusilə çimərliklərdə müəyyən edilmiş qaydalara ciddi riayət etmələri, uşaqları nəzarətsiz qoymamaları, ictimai asayişi pozan davranışlardan çəkinmələri xahiş olunur.

Polis əməkdaşlarının qanuni tələblərinə əməl etməklə yanaşı hər hansı təhlükəli və ya şübhəli hal müşahidə etdikdə dərhal polisə məlumat vermələri tövsiyə edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az