Azərbaycana istirahətə gələn kişi MÜƏMMALI şəkildə ÖLDÜ

10:20 - 30 Avqust 2022

Azərbaycana istirahətə gələn kişi MÜƏMMALI şəkildə ÖLDÜ

Azərbaycanda İsrail vətəndaşı ölüb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə avqustun 28-də Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1952-ci il təvəllüdlü, İsrail vətəndaşı Xoroşin Lev Moiseyeviç ailəsi və dostları ilə icarəyə götürdüyü “Mercedes-Benz Sprinter” markalı avtomobil ilə Quba rayonundan istirahətdən qayıdarkən özünü pis hiss edib. Quba-Bakı yolunun 23-cü kilometrində yerləşən Saray YPX Postuna çatanda yaxınlarının təcili tibbi yardım xidmətini çağırmalarına baxmayaraq, saat 23:30-da avtomobildə ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az