Ermənilər növbəti dəfə musiqimizi oğurladı - VİDEO

11:11 - 30 Avqust 2022

Ermənilər növbəti dəfə musiqimizi oğurladı - VİDEO

Ermənilər növbəti dəfə musiqimizi oğurlayıblar.

 

Manset.az xəbər verir ki, bu barədə Xalq artisti, “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinov instaqram səhifəsində paylaşım edib.

O qeyd edib ki, “oğrular” dedikdə artıq hansı “millət”dən bəhs olunduğu bilinir: “Bərbad vəziyyətdə oğurlanmış kompozisiyanı paylaşıb, qulağınızı zəhərləmək istəmədim. Necə ki, oğrular torpaqlarımızı oğurlayıb bərbad vəziyyətə qoymuşdular. Biz bu gün müzəffər ordumuzun qalib əsgərləri, şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına və ulu öndərimiz Heydər Əliyevin siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu".

Nağara ifaçısı dünyada yaşayan azərbaycanlı zərb musiqi ifaçılarına səslənib: “Çağırışım dünya azərbaycanlılarının zərb aləti ifaçılarınadır: Azərbaycanın milli sərvəti nağaramızı yerə qoyub, yad alətləri ifa edib, sənət qeyrətimizi satmayaq. Siz nə qədər ki, onun-bunun balasını qucağınızda tutub sığal çəkəcəksiniz, başqalarıda sizin doğma alətlərinizi mənimsəməyə cəhd edəcək. Gəlin tarixi minilliklərə təsadüf edən ritmimizin sütunu olan nağara alətimizə sahib çıxaq”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Natig Shirinov (@natiqritm)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az