Cəlilabadda açıq ərazidə yanğın OLDU

22:33 - 30 Avqust 2022

Cəlilabadda açıq ərazidə yanğın OLDU

Cəlilabad rayonunda yanğın olub.

Manset.az report-a istinadən xəbər verir ki, yanğın Uzuntəpə kəndinin kənarında, Mahmudçala adlanan bataqlıq ərazidə qeydə alınıb.

Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğın nəticəsində 4 hektara yaxın ərazidə quru ot və kol-kos yanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında da həmin yerdə daha bir yanğın baş verib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az