Bakıda yoxa çıxan yeniyetmə bacılar tapıldı - YENİLƏNDİ

09:58 - 31 Avqust 2022

Bakıda yoxa çıxan yeniyetmə bacılar tapıldı - YENİLƏNDİ

Bakıda itkin düşən yeniyetmə bacılar tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev Manset.az-a bildirib ki, Abdullayeva bacıları yaşadıqları ünvana geri qayıdıblar: “Onların həyati təhlükələri yoxdur. Baş vermiş hadisəyə səbəb yeniyetmə qızların ailə üzvlərinə getdikləri ünvan barədə məlumat verməmələri olub”.

09:37

Bakıda yeniyetmə bacılar itkin düşüb.

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə avqustun 28-də paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Abdullayeva Şəfiqə Malik qızı və onun bacısı, 2008-ci il təvəllüdlü Abdullayeva Arzu Xaliq qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri qayıtmayıblar.

Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az