Çexiyanın paytaxtı Praqaqadakı Avropa çempionatında uğur qazanmış Azərbaycan şahmatçıları Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva Vətənə qayıdıblar.
Manset.az "Report"a istinadən xəbər verir ki, qrossmeysterləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, AŞF rəsmiləri və media nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Avropa çempionatında G.Məmmədzadə gümüş, Ü.Fətəliyeva isə bürünc medal əldə edib.