Azərbaycan Dillər Universitetində tələbə qəbulu üzrə plan yeri 98,10 faiz doldu

15:33 - 02 Sentyabr 2022

Azərbaycan Dillər Universitetində tələbə qəbulu üzrə plan yeri 98,10 faiz doldu

2022-2023-cü tədris ili üçün Azərbaycan Dillər Universitetinə (ADU) tələbə qəbulu üzrə ayrılmış 1785 plan yeri 98,10 faiz dolub.
 

Manset.az xəbər verir ki, bu barədə universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, 2022/2023-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin sənəd qəbulu 2 sentyabr tarixindən 12 sentyabr tarixinədək onlayn aparılacaq. Abituriyentlər qeyd olunan sənədlərin elektron versiyasını http://portal.edu.az üzərindən sistemə yükləməlidir.

http://portal.edu.az  – da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az