Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinə “Şöhrət” ordeni təqdim olunub.
Manset.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilir ki, bu gün SOCAR vitse-prezidenti Rəfiqə Hüseynzadənin Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərancamı ilə “Şöhrət” ordeni ilə təltif olunmasına həsr olunmuş tədbir keçirilib.
Bildirilib ki, SOCAR prezidenti Rövşən Nəcəf yüksək mükafatı R.Hüseynzadəyə təqdim edərək SOCAR kollektivi adından təbrik edib.


