DİN-dən 8 nəfərin öldüyü qəza ilə bağlı AÇIQLAMA

17:55 - 04 Sentyabr 2022

DİN-dən 8 nəfərin öldüyü qəza ilə bağlı AÇIQLAMA

DİN Lerik rayonunda qəzaya uğrayan avtobusla bağlı açıqlama verib.

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev hadisə ilə bağlı Manset.az-a açıqlama verib:

“Hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub. İlkin ehtimala görə idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az