Tədris prosesində fasilələr yaranmasının qarşısının alınması məqsədilə tədris ili ərzində çalışmanın yaş həddinə çatacaq heyət ilə həmin tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanılacaq.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin yerlər tədris ilinin sonu keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində vakant yer kimi elan olunacaq.