“Formula-1”dən gözlənilməz QƏRAR 

13:22 - 15 Mart 2026

“Formula-1”dən gözlənilməz QƏRAR 

"Formula 1" çempionatının Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan mərhələləri ləğv edilib.


Manset.az xəbər verir ki, bu barədə "Formula 1"-in saytında məlumat yerləşdirilib. 

Qeyd edilib ki, Yaxın Şərqdə davam edən hadisələr səbəbindən vəziyyətin hərtərəfli qiymətləndirilməsindən sonra aprel ayında keçirilməsi nəzərdə tutulan Bəhreyn Qran-prisi və Səudiyyə Ərəbistanı Qran-prisi baş tutmayacaq. Müxtəlif alternativ variantlar nəzərdən keçirilsə də, nəticədə aprel ayı üçün təqvimdə heç bir əvəzləyici yarışın keçirilməməsi barədə qərar qəbul olunub. 

Eyni zamanda "Formula 2", "Formula 3" və "F1 Academy" yarışlarının da planlaşdırılmış tarixlərdə keçirilməyəcəyi açıqlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az