“Azərpoçt” MMC-nin fəaliyyətində problem yarandı - AÇIQLAMA (Yenilənib)

20:30 - 26 Sentyabr 2022

“Azərpoçt” MMC-nin fəaliyyətində problem yarandı - AÇIQLAMA (Yenilənib)

“Azərpoçt” MMC-dən Manset.az-a bildirilib ki,  gün ərzində bəzi poçt şöbələrimizdə poçt göndərişlərinin qəbulu zamanı texniki səbəblərdən müəyyən problemlər yaşanıb, lakin hazırda müdaxilə nəticəsində həmin problemlər həll olunub, belə ki, tədricən poçt qəbulu prosesi bərpa edilir.  Vətəndaşlarımızdan yaşanan çətinliyə görə üzr istəyir və bildiririk ki,  artıq poçt göndərişlərinin icrasında çətinlik yaşamayacaqlar.

15:30

“Azərpoçt” MMC-nin fəaliyyətində problem yaranıb.

 

Manset.az-ın məlumatına görə, keçən həftənin şənbə günündən etibarən məktubların göndəriş sistemi, bu gündən etibarən isə məktubların qəbulunda problem yaranıb.

Buna görə də, vətəndaşların ünvana göndərəcəkləri məktublar qəbul edilmir.

Poçt şəbəkələrindən vətəndaşlara bildirilir ki, problemin nə zaman aradan qaldırılacağı barədə məlumat yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az